Sentyabr ayının gəlməsi şagird, valideyn və müəllimlərin həyatında eyni dərəcədə həyəcanverici bir dövrdür. Lakin Avropa Azərbaycan Məktəbində (EAS) növbəti dərs ilinin açılış mərasimini istedadlı şağirdlərimiz, müəllimlər və valideynlərin birgə qeyd etməsi xüsusi bir sevincdir. Onlardan bəziləri təhsil yoluna yeni qədəm qoyur, bəziləri üçün isə bu məktəb həyatında son dərs ili olacaqdır.
Tarixən, təhsil ölkəmizdə mühüm rol oynayıb. Azərbaycan müsəlman dünyasında ilk dünyəvi məktəblər və universitetlərin açıldığı ölkələr sırasına daxildir.
Ölkədə ümumilikdə 1,6 milyon şagird təhsil alır və təkcə bu il 165 000 yeni şagird birinci siniflərə daxil olacaqdır. Təhsil Vətənimizin gələcəyi üçün çox vacibdir və bu sahədə müasir beynəlxalq standartlara nail olmaq ölkəmiz üçün ən vacib prioritetlərdən biridir.
Avropa Azərbaycan Məktəbində yeni tədris ilinin açılış mərasimi hər il olduğu kimi bu il də xüsusi təntənə ilə qeyd olundu. Məktəbin Bakının Yasamal rayonunda yerləşən ibtidai təhsil korpusunda 500-dən çox, Badamdar qəsəbəsindəki orta təhsil korpusunda isə 400-ə yaxın şagird dərsə başladı. Valideyn, şagird və pedaqoji heyətin iştirakı ilə keçirilən tədbirdə Bilik Günü qeyd olundu. Məktəbin ölkədə təhsil sahəsində əldə olunan nailiyyətlərin hüdudlarının davamlı genişlənməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi.
Ən yaddaqalan və qeyd edilən məqamlardan biri də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nümunəvi davranışı ilə fərqlənən və ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlarımızın üç qızıl medal ilə təltif edilməsi oldu.
2018/2019-cu dərs ilinin məzunları öz uğurları ilə bizi sevindirdi. 32 məzundan 29-u ABŞ, Böyük Britaniya, Niderland, Belçika, İspaniya, Almaniya, Norveç, Estoniya, Macarıstan və Türkiyə də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ali məktəblərə qəbul olundu. Onlar aviasiya mühəndisliyi, iqtisad-maliyyə və kompüter elmləri kimi qabaqcıl sahələrdə təhsilini davam etdirəcəkdir.
Tələbələrimizin dünyanın ən yaxşı universitetlərindən təqaüd alması da qürurvericidir. Əminəm ki, onlar bu qaydada davam edəcək və ölkəmizdə aparıcı mütəxəssislər sırasına qoşulacaqlar.
EAS-da uğurla həyata keçən təhsil modelinə nail olduğumuz bir daha sübut edildi. Məktəb şagirdlərini dünyanın hər yerində universitetlər tərəfindən qəbul edilən beynəlxalq təhsilli vətəndaş olaraq qlobal bazarda yer tutmaq üçün hazırlaşmağa çağıracaq və cəlb edəcək bir sıra tədris imkanları yaradır.
Beynəlxalq Bakalavriat məktəbi olan EAS universitetə hazırlıq üçün 10 və 11-ci sinif şagirdlərinə IB Diploma Proqramı, həmçinin, beşinci sinifdən doqquzuncu sinfə qədər Orta Təhsil Programı (MYP) və birinci sinifdən dördüncü sinfə qədər isə İbtidai Təhsil Proqramı (PYP) təklif edir. Bu proqramlardan əlavə olaraq İbtidai Təhsil Proqramında, həmçinin, 8 və 9-cu siniflərdə Kembric Universiteti tərəfindən təsdiqlənmiş kurikulum da keçirilir. Riyaziyyat, ingilis dili və təbiət elmləri üzrə proqramlar valideynlərə övladları üçün bu üç sahədə IGCSE imtahanından keçmək seçimini verir.
Bu illər ərzində məktəbin qazandığı nailiyyətlər və şagirdlərimizin ən yaxşı akademik uğurlara imza atması bizlər üçün qürurvericidir.
Məktəbin qurulmasında Azərbaycan və Avropa təhsil sistemində əldə etdiyim ən qabaqcıl biliklərin tətbiqinə çalışmışıq.
Ümid edirəm ki, EAS-ın uğuru bütün Azərbaycanda və daha geniş coğrafiyada təhsilin inkişafına təkan verəcəkdir. Biz buna Azərbaycan Müəllim İnkişafı Mərkəzinin fəaliyyəti və TEAS Press Nəşriyyatının buraxdığı təlim materialları vasitəsilə nail olmağı qarşımıza məqsəd qoymuşuq.
Nəhayət, həm universitet həyatına yeni başlayan, həm də təhsilini davam edən tələbələrimizin növbəti il ərzində də böyük uğurları haqqında eşitməyi səbirsizliklə gözləyirəm.
—
Avropa Azərbaycan Məktəbi haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: www.eas.az